ATV-nin keçmiş rəhbəri Tağı İbrahimov həbs edilib
Xəbər verildiyi kimi cari il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki,"İBRA Holdinq"in prezidenti Tağı İbrahimov Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, eləcə də "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin kiçik qardaşıdır. O, daha əvvəl uzun illər ATV-nin rəhbəri olub.
İlham Əliyev paytaxtda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Azərbaycan nefti 71,87 dollara satılır
Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb
Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub
Bakı-Pirşağı-Sumqayıt qatarlarının bir neçə reysi ləğv edilir
Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib
Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb
Şagirdlərin rəqəmsal bacarıqları qiymətləndiriləcək
Azərbaycan-Albaniya əməkdaşlığı müzakirə olunub
AQTA 350 hotelin qidalanma blokunda yoxlama keçirib
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Milli Məclis Azərbaycan- Özbəkistan müttəfiqlik müqaviləsini təsdiqləyib
Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
İran hərbi xərclərini 2 dəfə artırır
“Hizbullah”a yeni baş katib təyin olunub
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib
Sabah Bakıda 19° isti olacaq
Uçquna görə Bakı Kənar Dairəvi yolu müvəqqəti bağlanacaq
Azərbaycan-Pakistan regional əməkdaşlığı müzakirə edilib
Badamdar yamacında süxur kütləsi qırılıb-magistral yol təhlükə var
Azərbaycanda 1674 dövlət uşaq bağçası fəaliyyət göstərir
Avropa Parlamentinin qara qüvvələrin əlində alətə çevrilib-Sahibə Qafarova
Milli Məclisin iclasında 11 məsələ müzakirəyə çıxarılıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib