Avropa İttifaqı Şurası Rusiyaya qarşı bütün sanksiyaların müddətini 2025-ci il yanvarın 31-dək uzadıb.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, qərar 2014-cü ildən bəri qəbul edilmiş bütün sanksiyalara şamil edilir.
Ümumilikdə Avropa İttifaqı Rusiyanın 685 hüquqi, 1 558 fiziki şəxsinə qarşı sanksiya tətbiq edib.