İyulun 22-də Zaqatala stansiyasından 57 kilometr cənub-qərbdə - Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,9-a bərabər olub.
Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.