İlin birinci yarısında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılıb.
YeniAvropa xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında deyib.
O bildirib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs bilavasitə cinayət başında yaxalanmış, habelə axtarışda olan 4 şəxs saxlanılıb.