Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçiləri – “Zirə”, “Sabah” və “Sumqayıt”ın da potensial rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatma öncəsi UEFA klubları qruplara bölüb.
Birinci qrupda səpələnmişlər sırasında yer alan “Sabah” klubu “Makkabi” səddini adlayacağı halda, III təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq:
“Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) - “Transinvest” (Litva)
“İberiya” (Gürcüstan) - “Partizani” (Albaniya)
“Radniçki” (Serbiya) – “Mornar” (Monteneqro)
“Korvinul” (Rumıniya) – “Riyeka” (Xorvatiya)
Beşinci qrupda səpələnməmişlər sırasına düşən “Zirə” və “Sumqayıt” isə III raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:
“Kopenhagen” (Danimarka) – “Meqpays” (Cəbəllütariq)
“Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan)
“Riqa” (Latviya) – “Şlyonsk” (Polşa)
“Olimpiya” (Sloveniya) - “Polesye” (Ukrayna)
“Zrinski” (Bosniya və Herseqovina) – “Bravo” (Sloveniya)
“Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya)
II raundda “Zirə” Slovakiyanın “Dunayska Streda” klubu, “Sabah” İsrailin “Makkabi” (Hayfa) komandası, “Sumqayıt” isə Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.