Azərbaycan Ermənistanı "COP29" iqlim sammitinə dəvət edib.
YeniAvropa "The National"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə deyib.
H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib:“Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”.
O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı niyyətindən xəbər verir.