Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə Aşağı Göynük kəndində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 30 yaşlı Elvin Abdullayev idarə etdiyi minik avtomobili ilə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq iaşə obyektinə çırpılıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Elvin Abdullayev, anası Gülarə Abdullayeva (56 yaş), həyat yoldaşı Mətanət Abdullayeva (22 yaş), yaxın qohumu Raziyyat Abdullayeva (63 yaş) və onun qızı Şəhanə Abdullayeva (34 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.