logo

İndiyədək 806 deputatlığa iddialı DSK-lara müraciət edib

16:16 19-07-2024 | icon 1561
İndiyədək 806 deputatlığa iddialı DSK-lara müraciət edib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 806 nəfər Dairə Seçki Komissiyalarına(DSK) müraciət edib.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 19-da keçirilən iclasında deyib.

MSK sədri qeyd edib ki, onlardan 451 nəfəri imza vərəqələrini alıb, 31 nəfər imza vərəqələrini geri qaytarıb.

“Dörd nəfər namizəd isə artıq qeydə alınıb”, - deyə M.Pənahov əlavə edib.