logo

Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununa təyinat alıb

13:13 19-07-2024 | icon 1008
Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.