logo

Ağdərə, Xocavənd və Xocalı rayonlarında tullantı poliqonları yaradılıb

12:52 19-07-2024 | icon 945
Ağdərə, Xocavənd və Xocalı rayonlarında tullantı poliqonları yaradılıb

Antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilib. Xocavənd rayonu ərazisində 10 , Xocalı rayonunda 20, Ağdərə rayonunda isə sahəsi 10 hektar olan poliqon əraziləri yaradılıb.

YeniAvropa xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.

S.Zeyniyev bildirib ki, məişət tullantılarının toplanması üçün Xankəndi şəhərində 64, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində 23, Xocalı şəhərində 12 konteyner yerləşdirilib.