İyulun 19-da Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.