2020-ci ilin noyabr ayından bu günə qədər 148 min hektardan çox ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib.
“Bu müddət ərzində 124 min ədəddən artıq mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib”, - deyə V.Süleymanov diqqətə çatdırıb.