logo

Prezidentlər Azərbaycan-İsveçrə əlaqələrini müzakirə ediblər

14:54 18-07-2024 | icon 833
Prezidentlər Azərbaycan-İsveçrə əlaqələrini müzakirə ediblər

Prezident İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd ilə söhbət edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub.

Söhbət zamanı "COP29" və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.