Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfər edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan prezidenti Oksforddakı Blenheim sarayına gəlib.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Kir Starmer qarşılayıb.