logo

Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb

12:52 17-07-2024 | icon 1617
Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb

Cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri 58 000,6 milyon dollar təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in 2024-cü ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatda qeyd olunub.

Fondun aktivləri bu ilin əvvəlinə (56 069,7 milyon dollar) nisbətən 3,4 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə fondun aktivləri (54 915,1 milyon dollar) 5,6 faiz artıb.

Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 1,3 dəfə azalaraq 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 2,4 dəfə artaraq 6 milyard 414,4 milyon manat təşkil edib.