Bakının Yasamal, Suraxanı, Xəzər və Binəqədi rayonları ərazisində aparılacaq təmir-bərpa, həmçinin quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Ə.Ələkbərov, A.Sultanova, M.Rahim, K.Kazımzadə, S.Dağlı, İ.Qurtqaşınlı, Ə.Xanbabayev, H.Soltanov, L.İmanov, B.Vahabzadə küçələrində və Hüseyn Cavid prospekti), Suraxanı rayonunun (A.Rzayev, Ş.Məhərrəmov, X.Ələkbərov küçələrində və Mədən əraziləri), Xəzər rayonunun (Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsi) və Binəqədi rayonunun (DSK yolu, Binəqədi qəsəbəsi 1-ci Mədən, ATV və 5056/68 məhəllə, Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xatırladaq ki, bu gün paytaxtın Nəsimi rayonunun bir hissəsində də qaz olmayacaq.