Şamaxıda toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, Şamaxının Məlikçobanlı kəndində keçirilən toydan sonra 21 nəfər özünü narahat hiss edib. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib.
Hazırda xəstələrin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.