logo

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub

09:29 17-07-2024 | icon 1281
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub

İyulun 17-də Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub.

YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, zəlzələ Zaqatala stansiyasında 61 kilometr cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Yerli vaxtla saat 06:09-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8-ə bərabər olub.