Prezident İlham Əliyev iyulun 15-də Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".
Bu təyinata qədər Orxan Abbasov Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
O, nazir Emin Əmrullayev müvafiq əmri ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin edilib.
Orxan Abbasov ABŞ-nin Qərbi Miçiqan Universitetinin məzunudur.
Qeyd edək ki,Orxan Abbasovun atası İrşad Abbasov Azərbaycan Texnologiya Universitetinin Qiyabi və əlavə təhsil sektorunun müdiridir.
İrşad Abbasov bundan əvvəl Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsində işləyib.