Yanvar-iyun aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 1,3 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, cari ilin birinci yarısında qaz nəqlinin 55,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 4,6 faiz artaraq 11 milyard 418,9 milyon kubmetr təşkil edib.