Bu ilin ilk beş ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17 min 448 nikah və 8795 boşanma halı qeydə alınıb.
YeniAvropa Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.