logo

Ermənistandakı zəlzələ Ordubadda da hiss olunub

11:55 15-07-2024 | icon 1029
Ermənistandakı zəlzələ Ordubadda da hiss olunub

İyulun 15-də Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 10:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad stansiyasından 29 kilometr şimalda - Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.