Passiv seçki hüququna malik 401 vətəndaş seçkilərdə namizəd qismində iştirak etmək iddiası ilə dairə seçki komissiyalarına sənədlərinin böyük qismini təqdim edib. Siyasi partiyalar seçkilərlə bağlı kifayət qədər fəallıq nümayiş etdirirlər. Belə ki, bu namizədlər arasında təqribən 168 şəxs 13 siyasi partiyanın təmsilçisidi. Bu say sürətlə artır.
YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.
O bildirib ki, hələlik akkreditasiya üçün 150-yə yaxın yerli müşahidəçi müraciət edib və akkreditə olunub. Amma bu proses hələlik o qədər də intensiv xarakter daşımır. Çünki proseslər seçkiyə az qalmış intensivləşir.