logo

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin geniş tərkibdə görüşü olub

13:53 12-07-2024 | icon 2163
İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin geniş tərkibdə görüşü olub

İyulun 12-də İslamabadda Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib.

Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə prezident İlham Əliyevi təbrik edib.

Dövlətimizin başçısı Pakistan prezidentini COP29-a dəvət edib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.