Beynəlxalq müşahidəçilər Azərbaycanda gedən prosesləri hər zaman yaxından izləyiblər.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, istər beynəlxalq, istərsə də yerli müşahidəçilərin Milli Məclisə növbədənkənar seçkiləri izləməsinə tam şərait yaradılacaq.
"Azərbaycana dəvət edilən beynəlxalq müşahidəçilər barədə yaxın vaxtlarda məlumat veriləcək. Mərkəzi Seçki Komissiyası isə 26 ölkənin seçki qurumunu prosesin müşahidəsi üçün ölkəyə dəvət edib", - deyə MSK sədrinin müavini vurğulayıb.