logo

İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçən 4 nəfər saxlanılıb

14:14 11-07-2024 | icon 1050
İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçən 4 nəfər saxlanılıb

Ağdam və Tərtər rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.