logo

“Azercell”in Telefon Mərkəzi birinci yarımildə 3 milyon zəng qəbul edib

15:15 09-07-2024 | icon 1106
“Azercell”in Telefon Mərkəzi birinci yarımildə 3 milyon zəng qəbul edib

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan lider mobil operator daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmağa və müştərilərə əlçatan olmağa davam edir

2024-cü ilin birinci yarısında “Azercell”in Telefon Mərkəzi 3 milyon zəng qəbul edib. Daxil olan müraciətlər ortalama 2 dəqiqə 30 saniyə ərzində cavablandırılıb. Bu da qəbul edilmiş beynəlxalq standart - 6-7 dəqiqə ilə müqayisədə yüksək göstəricidir. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və müştərək xidmətlərə dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.

Qeyd olunan müddətdə “Azercell”in Onlayn Müştəri Xidmətlərinə 450 minə yaxın müraciət daxil olub. Lider mobil operatorun rəsmi “Facebook”, “Instagram”, “Linkedin”, “Twitter” və “YouTube” səhifələri üzərindən isə 256 minə yaxın müraciət cavablandırılıb.

Xatırladaq ki, “Azercell” ölkədə 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və Onlayn Müştəri Xidmətlərini təklif edən ilk mobil operatordur.

Ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidmət göstərməyə başlayan süni zəka əsaslı ilk virtual assistent “Aicell” də artıq müştəri məmnuniyyətini qazanıb. Abunəçiləri Telefon Mərkəzinə yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən “Aicell” zənglərin 11 faizini cavablandırıb. Öz növbəsində, Mərkəzə müraciət etmiş müştərilərin 72 faiz suallarının cavablandırılması üçün “Aicell”i tərcih ediblər və bot abunəçilərin istəklərini 95 faiz tam düzgün şəkildə anlayaraq onlara müvafiq xidmət göstərib. Hazırda 10 istiqamətdə xidmət göstərən “Aicell” məlumatlandırma, aktivləşdirmə və deaktivləşdirmə ilə yanaşı, həm də abunəçilərə diaqnostika xidmətləri göstərir.

2024-cü ilin birinci yarımilində “Azercell”in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi qəbul edilmiş beynəlxalq standartı (85 faiz) keçərək yüksək göstəriciyə - 95 faizə çatıb.

Telefon Mərkəzi bu ildən etibarən həm də təklif etdiyi xidmətlərin siyahısını genişləndirərək xidmət satışını da həyata keçirməyə başlayıb.

Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, “Azercell” ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

7/24 abunəçilərin sorğularını qəbul edən “Azercell”in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.