Prezident İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.
Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.
`