logo

Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

22:44 26-06-2024 | icon 2604
Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü bu ilin sentyabr ayında Tbilisidə keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili məlumat verib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s. məsələlərin müzakirəsi gözlənilir.