Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.
YeniAvropa xəbər verir ki, torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 kilometrliyində, Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.
Əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir. Kənd sakinlərinin sözlərinə görə, belə bir hadisə ilə ilk dəfə qarşılaşıblar.
Yolun tam açılması istiqamətində işlər davam etdirilir.