Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.
YeniAvropa xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir.
Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.
Bununla belə, Səudiyyə Ərəbistanının KİV-lərində ölkədə istidən həlak olan zəvvarlar barədə heç bir məlumat verilmir.
Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb.