logo

Bakıda Beynəlxalq Sığorta Forumu keçirilir

10:01 20-06-2024 | icon 3311
Bakıda Beynəlxalq Sığorta Forumu keçirilir

Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2024) öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam edəcək.

Foruma Azərbaycan Mərkəzi Bankı (AMB) və İcbari Sığorta Bürosu dəstək verir. Tədbirdə AMB-nin sədri Taleh Kazımov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər dövlət rəsmiləri iştirak edir.

Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.

Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür tədbir 2019-cu ildə - koronavirus (COVID-19) pandemiyasından əvvəl keçirilib. Ötən ilin noyabr ayında ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi" çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan "Xprimm" şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb. Görüşdə ölkəmizdə keçirilən sığorta forumunun bərpası ilə bağlı müzakirələr aparılıb.