Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 41 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29,o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin gün narkotiklərlə əlaqədar 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.