logo

Rusiya sülhməramlıları tam şəkildə Azərbaycanı tərk edib

14:44 12-06-2024 | icon 2016
Rusiya sülhməramlıları tam şəkildə Azərbaycanı tərk edib

Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.