Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.