Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfər köçürülüb.
Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.