İstanbulda azərbaycanlı şairə, Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədli ilə görüş keçirilib. YeniAvropa yerli KİV-lərə istinadən xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan görüşdə tanınmış ədəbiyyatçılar, İSTAD-ın üzvləri və poeziyasevərlər iştirak ediblər.İSTAD-ın sədri Səfər Qaraqoyunlu şairə Firuzə Məmmədlinin yaradıcılığından danışıb.
Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıq edən şairə görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.Tədbir çərçivəsində şairə İstanbulda fəaliyyət göstərən “Araz yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap olunmuş “Sözlərim könlümü almağa gəlir” adlı kitabını oxuculara təqdim edib.