logo

Paytaxtda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

15:55 05-06-2024 | icon 1435
Paytaxtda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumat yerləşdirərək çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini “beh” adı ilə dələduzluq yolu ilə ələ keçirdiyinə görə saxlanılan Elman Həsənovun digər oxşar əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, araşdırmalar nəticəsində onun müxtəlif vaxtlarda daha 4 nəfərin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Həsənovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.