Kibercinayətkarlığın yeni forması müşahidə olunur. Hər bir vətəndaş diqqətli olmalıdır.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayılıb.
Qeyd olunub ki, iyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11 min 205 manat pul oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyənləşdirilərək tutulub.