logo

Paytaxtda tanışını öldürən qadın tutulub

11:11 30-05-2024 | icon 1820
Paytaxtda tanışını öldürən qadın tutulub

Mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.