logo

Avropa çempionatı: İki qadın güləşçimiz yarımfinala yüksəlib

12:22 23-05-2024 | icon 3864
Avropa çempionatı: İki qadın güləşçimiz yarımfinala yüksəlib

Azərbaycanın 2 qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

YeniAvropa xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) adlarını 1/2 finala yazdırıblar.

Nigar Mirzəzadə (65 kiloqram) təsnifatda, Mərziyyə Sadıqova (72 kiloqram) isə 1/4 finalda uduzublar.

Bundan başqa, təsəlliverici görüşlərdə qüvvəsini sınayan qadın güləşçilərimizdən Ruzanna Məmmədova (59 kiloqram) qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb, Şəhanə Nəzərova isə məğlub olaraq yarışı medalsız başa vurub.

Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.