logo

"İnterpol"la axtarılan şəxs Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

12:21 22-05-2024 | icon 1057
"İnterpol"la axtarılan şəxs Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

Qazaxıstan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Sadırbayov 2024-cü ilin fevralında Azərbaycanda müəyyənləşdirilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.