Hərbi xidmətdən yaşa görə pensiyaya buraxılanlar üçün pensiya yeni qaydada hesablanacaq
Hərbi xidmətdən yaşa görə pensiyaya buraxılmış vətəndaşların əmək pensiyaları ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bu şəxslərin əmək pensiyası buraxıldığı günə 30 təqvim ili hesablanmaqla veriləcək.
YeniAvropa xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihəsində öz əksini tapıb.
Dəyişikliklə, hərbi xidmətdən yaşa görə pensiyaya buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 30 təqvim ilindən əvvəl “buraxıldığı günə” sözü əlavə olunur.