Bu gün Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
YeniAvropa xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev və Vüqar Talıbov tatamiyə çıxacaqlar.
İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda Hidayət Heydərov (73 kiloqram) qızıl medala sahib çıxıb.