Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilir.
YeniAvropa xəbər verir ki, iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunur.
Birinci oxunuşda təqdim olunan qanun layihəsi qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir.