logo

İlham Əliyev Slovakiyanın baş nazirinə qarşı törədilmiş sui-qəsdi pisləyib

20:20 15-05-2024 | icon 3899
İlham Əliyev Slovakiyanın baş nazirinə qarşı törədilmiş sui-qəsdi pisləyib

Prezident İlham Əliyev Slovakiya Respublikasının baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.

YeniAvropa xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.