logo

Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib

13:53 13-05-2024 | icon 1127
Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib

Prezident İlham Əliyev mayın 13-də bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən Arzuyar Kərimov Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin, Ayşən Vəliyeva Lənkəran Ağır Cinayətlər Məhkəməsinin, Roman İsmayılov isə Füzuli Hərbi Məhkəməsinin hakimləri təyin ediliblər.

Ruhiyə Tağıyeva Gəncə, Aynur Axundova Sumqayıt, Rəşidə Quliyeva isə Şirvan İnzibati məhkəmələrinin hakimləri təyin olunublar.

Bakı şəhəri üzrə Elnarə Vəliyeva Binəqədi, Həbibə Miriyeva Nəsimi, Samirə Məmmədli Sabunçu, Ülkər Xəlil, Aydan Oruclu və Mirsadiq Seyidov isə Yasamal rayon məhkəmələrinin, həmçinin Firuzə Kərimova Abşeron, Xatın Cabbarlı Beyləqan, Fərman Abdullayev və Ziya Abdullayev Bərdə, Mədinə Rəsulova Biləsuvar, Osman Vəliyev Cəlilabad, Səkinəxanım Məmmədli Füzuli, Orxan Mahmud İmişli, Rahid Mehdiyev Kürdəmir, Taleh Kərimov Qax, Elçin Mansırov Qazax, Yusif Zeynalov Lerik, Ellara Abbasova və Coşqun Abdullayev Masallı, Vüqar Qasımov isə Saatlı rayon məhkəmələrinin hakimləri təyin ediliblər.

Sərəncama əsasən bəzi hakimlərin vəzifələri dəyişdirilib. Belə ki, Tural Ələkbərov Goranboy Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Məhkəməsinin hakimi və sədri, Elnur Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi, Emin Abdullayev Sumqayıt Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi, Rahim Həsənov Quba Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi, Qabil Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi, Günay Həşimova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi, Qamət Əbilov Bərdə Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi, Sevinc Məhəmməd qızı Quliyeva Abşeron Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Mübariz Məmmədov Astara Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Məhkəməsinin hakimi, Ülvi Qənbərov İmişli Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Məhkəməsinin hakimi, Qalib Paşayev Cəlilabad Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yevlax Məhkəməsinin hakimi təyin olunublar.