“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.
YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası buna XXXIII turda nail olub. “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib.
Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/2022-ci illər mövsümündə evdə 47 qol vurmuşdu.
Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.