Aprelin 29-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfrans işə başlayıb.
YeniAvropa xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ilə Pakistan arasındakı dostluq əlaqələrindən danışıb. O, Azərbaycan klassiklərinin həyat və yaradıcılığının bu gün Pakistanda dərindən öyrənildiyini və bu istiqamətdə çox işlər görüldüyünü söyləyib.