Yaşıl enerjinin inkişafı üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 7-ci iclası keçirilib.
Nazirlikdən YeniAvropa-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı Energetika Nazirliyinin dövlət katibi Dan Draqos Draqan, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
İclasda çıxışında energetika naziri Pərviz Şahbazov Xəzərin yaşıl enerji potensialını geniş coğrafiyada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə, təmiz enerji keçidinə yönəldən bu strateji layihənin sürətli reallaşdırılmasının kritik önəm kəsb etdiyini bildirib və prosesi təşviq edən təklifləri diqqətə çatdırıb. Müzakirələr zamanı “CESI” şirkəti tərəfindən hazırlanmış “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırmasının (TİƏ) ilkin hesabatı, həmçinin yaşıl enerji dəhlizinin fiber-optik komponenti ilə bağlı təqdimatı dəyərləndirilib. Bununla da TİƏ üzrə birinci tapşırığın tamamlandığı qeyd olunub. Layihəyə PCI/PMI statusunun əldə edilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, ekspert qrupu, məsləhətçi şirkətə bununla əlaqədar müvafiq tapşırıqlar verilib, Avropa Komissiyasına birgə müraciət etmək və prosesi asanlaşdırmaq məqsədilə zəruri tədbirlər görmək razılaşdırılıb. Həmçinin layihənin sürətli icrasında mühüm rola malik dörd ölkənin ötürücü sistem operatorları arasında Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin tezləşdirilməsi vurğulanıb. Tərəflər Birgə Müəssisənin Rumıniyanın paytaxtı Buxarestdə təsis olunması barədə qərar qəbul ediblər. Eyni zamanda, Birgə Müəssisənin üzvləri arasında Anlaşma Memorandumunun tezliklə imzalanması razılaşdırılıb. Birgə Müəssisə ilə bağlı fəaliyyətdən irəli gələn məsələlərin həlli məqsədilə katibliyə - Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə qısa müddətdə görüşün təşkili tapşırılıb.
Bundan başqa, Bolqarıstanın Birgə Müəssisədə iştirak niyyəti müsbət qarşılanıb, həmçinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, yaşıl enerjiyə keçid və Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin qurulması kontekstində Qazaxıstan və Özbəkistanın layihəyə marağından, atılan addımlardan da bəhs edilib.
Sonda iclasın yekunlarına dair protokol imzalanıb və növbəti iclasın cari ilin iyul ayında Buxarestdə keçirilməsinə qərar verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov